Ərdoğan Mahmud Abbası Ankarada rəsmi mərasimlə qarşıladı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan diplomatik görüşlər keçirmək üçün Ankaraya səfər edən Fələstin Prezidenti Mahmud Abbası rəsmi mərasimlə qarşılayıb.

Turkustan.az xəbər verir ki, Süvari dəstəsi Abbasın rəsmi avtomobilini qarşılayaraq onu protokol qapısınadək müşayiət edib. Ərdoğan isə Fələstin prezidentini əsas girişdə qarşılayıb.

Daha sonra iki lider mərasim meydançasında yer alıb və Türkiyə ilə Fələstinin dövlət himnləri səsləndirilib. Mərasim 21 top atəşi ilə müşayiət olunub.

Mahmud Abbas Mühafizə Alayının təntənəli bölməsini “Salam, əsgərlər” ifadəsi ilə salamlayıb.

Rəsmi qarşılanma mərasimindən sonra Ərdoğan və Abbas arasında görüş keçirilib. İki lider görüşün ardından birgə mətbuat konfransında açıqlamalar veriblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ