Paşinyan Simonyana toy hədiyyəsi kimi vəzifə verir?


Ermənistan Baş naziri Nikol Paşinyan iyunda baş tutan seçkilərdən sonra vəzifədən kənarda qalan parlamentin spikeri Alen Simonyanı yeni posta təyin etmək niyyətindədir.

Turkustan.az xəbər verir ki, bu barədə məlumatı “MakaryanNews” onlayn resursu yayıb.

Bildirilib ki, Paşinyan Simonyan üçün Təhlükəsizlik Şurasının katibi postunu nəzərdə tutub:

“Paşinyan Alen Simonyana əvvəlki statusuna uyğun gələn vəzifə tapıb və tezliklə onu kifayət qədər nüfuzlu posta – Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edəcək”.

Məlumata görə, hakimiyyət orqanlarında bunun Baş nazirin Simonyana toy hədiyyəsi olacağı barədə zarafatlar dolaşır.

Qeyd edək ki, hazırda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandır. O, 8 ildir bu vəzifədədir. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ