Pezeşkian xəbərdarlıq etdi: “Xalqı özümüzdən uzaqlaşdırmamalıyıq”


İran Prezidenti Məsud Pezeşkian Bəsic Səhiyyə İcması Beyin Mərkəzinin üzvləri ilə görüşüb.

Turkustan.az xəbər verir ki, İran Prezident Aparatının məlumatına görə, Pezeşkian görüş zamanı idarəetmədə məhəllə və məscid mərkəzli yanaşmanın tətbiq edilməsinin vacibliyini vurğulayıb.

“Biz xalqı özümüzdən uzaqlaşdırmamalıyıq, əks halda əziyyət çəkəcəyik”, – deyə Pezeşkian bildirib.

İran prezidenti səhiyyə sahəsində sosial baxımdan həssas qruplara, xüsusilə yoxsulluq və işsizliklə mübarizə aparan şəxslərə, tək nəfərlik ailələrə və ucqar ərazilərdə yaşayan insanlara xüsusi diqqət yetirilməli olduğunu qeyd edib. Onun sözlərinə görə, bu qruplara göstərilən xidmətlər səhiyyə sektorunun əsas prioritetlərindən biri olmalıdır.

Pezeşkian həmçinin ölkədəki mövcud vəziyyətə toxunaraq bildirib ki, hazırkı müharibə əvvəlkilərlə müqayisədə daha mürəkkəbdir və düşmən İranı daxildən qeyri-sabitləşdirməyə çalışır.

“Buna görə də biz konkret tapşırıqlara və qarşıda duran məsələlərə fokuslanaraq irəliləməliyik”, – deyə Pezeşkian vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ