Dəməşqdə partlayış: Ölən və yaralananlar var


Suriyanın paytaxtı Dəməşqin Cəramana məhəlləsində sərnişin mikroavtobusunda baş verən partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Turkustan.az xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, mikroavtobusa yerləşdirilmiş əldəqayırma partlayıcı qurğu işə düşüb.

Suriya dövlət televiziyası Əl-İxbariyyə də hadisəni təsdiqləyərək bildirib ki, partlayış nəticəsində ölən və yaralananlar var.

Hadisə ilə bağlı araşdırma aparılır. Ölən və xəsarət alanların dəqiq sayı hələlik açıqlanmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ