"Qərbi Azərbaycanın repressiya tarixi ilə bağlı effektli müzakirələr apardıq" - Əkrəm Bəydəmirli


Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Qərbi Azərbaycan irsinə dair tədqiqatlar” layihəsi çərçivəsində Qərbi Azərbaycanla bağlı tədqiqatları davam etməklə bərabər, televiziya verilişlərinin çəkilişi həyata keçirilir.

QHT.az xəbər verir ki, layihə çərçivəsində SƏS TV-də 5 avqust tarixində növbəti çəkiliş olub. Verilişin aparıcısı, layihə rəhbəri Əkrəm Bəydəmirli, qonaqlar Azərbaycan
Dövlət Pedaqoji Universitetinin professoru, Qərbi Azərbaycanın Çəmbərək rayonu Cil kənd İcmasının sədri Fərrux Rüstəmov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun professoru İbrahim Bayramov
rejissor isə Murad Adiloğlu idi.

Veriliş zamanı Qərbi Azərbaycanın repressiya tarixi, toponimləri və digər mövzularla bağlı müzakirələr aparıldı. Professor Fərrux Rüstəmov Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törədilmiş repressiyanın təsnifatını geniş izah edib. O, XIX-XX əsrdə Qərbi Azərbaycanda soydaşlarımıza qarşı ermənilər tərəfindən törədilmiş etnik-demoqrafik, iqtisadi, iqlim, mədəni və intellektual repressiyasından söhbət açıb.

Toponimlər üzrə tədqiqatçı, bir sıra kitabların müəllifi İbrahim Bayramov Qərbi Azərbaycanda mövcud olmuş türk mənşəlli toponimlər haqqında elmi və tarixi mənbələrə əsaslanan faktları qeyd edib.

Hər iki alim təcavüzə məruz qalan Qərbi Azərbaycanın intellektual potensialı ilə bağlı zəruri məqamlara aydınlıq gətiriblər.

Daha ətraflı:


MANŞET XƏBƏRLƏRİ