Milyonlarla insanı həyəcanlandıran 12 avqust iddiası! Gözlənilən açıqlama gəldi


Sosial şəbəkələrdə, xüsusilə TikTok və Instagram platformalarında yayılan "12 avqust 2026-cı ildə Yerin cazibə qüvvəsinin 7 saniyəlik yox olacağı" iddiası geniş müzakirələrə səbəb olub.

Turkustan.az xəbər verir ki, iddiaların sürətlə yayılmasından sonra bir çox istifadəçi bunun həqiqətə uyğun olub-olmadığını araşdırmağa başlayıb.

Məsələ ilə bağlı ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) açıqlama verərək bu iddiaların tamamilə əsassız olduğunu bildirib.

NASA rəsmisi faktyoxlama platforması Snopes-ə açıqlamasında Yerin cazibə qüvvəsinin hətta qısa müddətə belə yox olacağını təsdiqləyən heç bir elmi sübutun olmadığını vurğulayıb.

Fizika mütəxəssisləri də bildiriblər ki, cazibə qüvvəsi açılıb-söndürülə bilən bir mexanizm deyil. Onların sözlərinə görə, cazibə planetin kütləsindən yaranan fundamental fiziki qarşılıqlı təsirdir və onun müvəqqəti olaraq yox olması elmi baxımdan mümkün deyil.

Mütəxəssislər əlavə ediblər ki, hətta kosmosda yaranan cazibə dalğaları belə Yerin cazibə qüvvəsinə nəzərəçarpacaq təsir göstərmir.

Alimlər və ekspertlər vətəndaşlara sosial mediada yayılan bu cür sensasion iddialara deyil, yalnız etibarlı və elmi mənbələrə əsaslanan məlumatlara etibar etməyi tövsiyə edirlər.

12 avqust iddiası milyonlarla insanı təşvişə saldı! NASA açıqlama yayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ