Kanadanın Baş naziri Mark Karni Torontoda keçirilən mətbuat konfransı zamanı teleprompterdə yaranan nasazlıqla bağlı zarafat edərək ABŞ Prezidenti Donald Trampa eyham vurduğu kimi qiymətləndirilən açıqlama verib.
Turkustan.az xəbər verir ki, çıxışı zamanı teleprompter işləməyi dayandırdıqdan sonra Karni vəziyyətə yumorla reaksiya göstərib.
"Sizə bildirmək istəyirəm ki, teleprompter işləməyi dayandırıb. Müəyyən dünya liderlərindən fərqli olaraq, mən bunu sui-qəsd kimi qiymətləndirmirəm", – deyə, o bildirib.
Karninin bu sözləri zalda gülüşlə qarşılanıb. Yerli media və tədbiri izləyənlər baş nazirin ifadəsini ABŞ Prezidenti Donald Trampa dolayı eyham kimi şərh ediblər.
Aytən Yaşar/ Turkustan.az