"Koroğlu"da avtomobillərdən kim pul toplayır? - AYNA-dan açıqlama


Bakıda, Ziya Bünyadov prospektindən "Koroğlu" metrostansiyası istiqamətində yerləşən boş ərazidə qanunsuz parklanma təşkil edildiyi iddia olunur.

Turkustan.az xəbər verir ki, məsələ ilə bağlı müraciət edən vətəndaşın sözlərinə görə, ərazi hasarlanaraq avtomobillərin saxlanması üçün istifadə edilir. Çəkiliş zamanı da sahənin zəncirlə bağlandığı və burada nəqliyyat vasitələrinin saxlanıldığı müşahidə olunub.

Ərazidə çalışan şəxs bildirib ki, burada Elvin adlı şəxsin göstərişi ilə fəaliyyət göstərir və gündəlik müəyyən məbləği ona verir. Özünü ərazinin sahibi kimi təqdim edən şəxs isə avtomobillərdən ödəniş alınmadığını, yalnız nəzarət xidmətinin göstərildiyini iddia edib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə açıqlamasında bildirib ki, həmin ərazi agentliyin rəsmi parklanma məntəqəsi deyil və burada parklanma fəaliyyətinin təşkili üçün heç bir icazə verilməyib. /milli.az/


MANŞET XƏBƏRLƏRİ