ABŞ-dan Kubaya qarşı yeni addım: MKİ daxilində xüsusi qrup


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Kubaya təzyiqi artırmaq və ada ölkəsinə qarşı kəşfiyyat əməliyyatlarını genişləndirmək məqsədilə gizli şəkildə "Kuba üzrə xüsusi qrup" yaratdığı iddia olunur.

Turkustan.az xəbər verir ki, "The New York Times" qəzetinin yaydığı məlumata görə, Donald Tramp administrasiyası Kubaya qarşı iqtisadi və siyasi təzyiqi gücləndirməyi hədəfləyir.

Qəzetin iddiasına əsasən, MKİ Havana hökumətinə qarşı fəaliyyətləri koordinasiya etmək və adanı hədəf alan kəşfiyyat əməliyyatlarını genişləndirmək üçün xüsusi işçi qrupu formalaşdırıb.

Məlumata görə, yeni qrup Tramp administrasiyasının Kubada "iqtisadi, siyasi və liderlik dəyişikliklərinə təzyiq göstərmək" strategiyasının tərkib hissəsidir. Bildirilir ki, bu təşəbbüs MKİ-yə Kubaya yönəlmiş əməliyyatlar üçün daha çox maliyyə, kadr və texniki resurs ayırmağa imkan verəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ