Kalın və Şeybani Türkiyə-Suriya əməkdaşlığını müzakirə etdi


Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın Ankarada Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüş keçirib.

Turkustan.az xəbər verir ki, təhlükəsizlik mənbələrinin məlumatına görə, görüşdə Türkiyə-Suriya münasibətlərinin hazırkı vəziyyəti, ikitərəfli əməkdaşlığın inkişafı, qonşu ölkələrlə əlaqələr və regional sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Livandakı son vəziyyəti və Suriya-Livan münasibətlərini də müzakirə ediblər.

Bundan əlavə, görüşdə Suriyada gündəmdə olan "Milli Həmrəyliyin və Sosial İnteqrasiyanın Gücləndirilməsi haqqında" qanun layihəsinin ölkəyə mümkün təsirləri də dəyərləndirilib.

AYtən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ