Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukraynaya məxsus iki hərbi yük gəmisini vurduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, nazirliyin açıqlamasında Rusiya ordusunun Ukrayna gəmilərinə hücumlarını davam etdirdiyi bildirilir.
Bəyanatda dünən Qara dənizdə Odessanın cənubunda və şərqində iki yük gəmisinin vurulduğu qeyd edilərək, bu gəmilərin hərbi yük daşıdığı əlavə edilib.
Bəyanatda hücumda pilotsuz uçuş aparatlarından (PUA) istifadə edildiyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az