Məhkəmə araşdırmalarının nəticələrinə əsasən, İran parlamentin Milli Təhlükəsizlik Komitəsinin üzvü İsmayıl Kövsərinin Ali Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Əli Laricaninin olduğu yerin oğlunun telefon zəngi vasitəsilə müəyyən edilməsi ilə bağlı açıqlamaları həqiqəti əks etdirmir.
Turkustan.az xəbər verir ki, bu barədə İranın Məhkəmə Sisteminin media orqanı “Mizan” agentliyi yazıb.
Kövsəri bundan əvvəl bildirib ki, ona təqdim olunan məlumatlara əsasən, hücum gecəsi Əli Laricaninin oğlu Mürtəza Laricaninin telefon danışığının izlənilməsi nəticəsində İsrail və ABŞ Əli onun olduğu yeri müəyyən edib.
Kövsərinin açıqlamasından sonra Laricaninin ailəsi bəyanat yayaraq onun sözlərini “yanlış” adlandırıb: “Mürtəza Laricani müharibə dövründə öldürülənədək heç bir mobil telefondan istifadə etməyib. O, bu məsələdə ətrafındakı şəxslərə münasibətdə də son dərəcə həssas davranırdı”.
Əli Laricaninin ailəsi həmçinin ictimai rəyə təsir edə bilən şəxsləri tələsik və qeyri-peşəkar açıqlamalar verməkdən çəkinməyə çağırıb.
Xatırladaq ki, Əli Laricani və Mürtəza Laricani martın 18-də ABŞ və İsrailin Tehrana hava hücumu zamanı öldürülüb./teleqraf