8 ölkə İsraili Qəzzada hücumları dayandırmağa çağırdı


Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İndoneziya, Qətər, Misir, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniya İsrailin Qəzza zolağında davam edən əməliyyatları ilə bağlı birgə bəyanat yayıb.

Turkustan.az xəbər verir ki, səkkiz ölkənin xarici işlər nazirlərinin imzaladığı bəyanatda İsrailin Qəzzada səhiyyə müəssisələrini, tibbi infrastrukturu və mülki obyektləri hədəfə alması, eləcə də qadın və uşaqlar da daxil olmaqla mülki şəxslərin ölümü beynəlxalq humanitar hüququn ciddi pozuntusu kimi qiymətləndirilib.

Bəyanatda qeyd olunub ki, sözügedən ölkələr Qəzza zolağında davam edən hücumları və mülki infrastruktura qarşı yönəlmiş addımları "ən sərt şəkildə pisləyir və rədd edir".

Xarici işlər nazirləri beynəlxalq hüququn və humanitar prinsiplərin qorunmasının vacibliyini vurğulayaraq, mülki əhalinin müdafiəsi üçün zəruri addımların atılmasına çağırıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ