Tramp 2028-ci il seçkilərində Vensi dəstəkləyəcək - KİV


ABŞ Prezidenti Donald Tramp 2028-ci il prezident seçkilərində vitse-prezident Cey Di Vensi dəstəkləməyə meyllidir.

Turkustan.az xəbər verir ki, bu barədə "The Washington Post" Respublikaçılar Partiyasının iri donorlarına istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp qapalı görüşlərdə 2028-ci il prezident seçkilərinin qalibi kimi Cey Di Vensi görmək istədiyini bildirib.

Bununla belə, mənbələr qeyd edirlər ki, Tramp varisi ilə bağlı hələ yekun qərar verməyib və Venslə dövlət katibi Marko Rubio arasında rəqabəti qoruyub saxlayır.

Məlumata görə, son vaxtlar Tramp əvvəlki kimi "Cey Di, yoxsa Marko?" sualını tez-tez səsləndirmir. O, Vensin bu dəstəyi "haq etdiyini" düşündüyünü bildirib. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ