ABŞ Milli Elm Fondunun (NSF) Daniel K. Inouye Günəş Teleskopundan istifadə edən tədqiqatçılar Günəşin səthinin indiyədək ən yüksək dəqiqlikli görüntülərini əldə edərək, əvvəllər müşahidə olunmayan burulğana bənzər plazma hərəkətlərini aşkar ediblər.
Turkustan.az xəbər verir ki, havaydakı teleskop vasitəsilə aparılan müşahidələr zamanı alimlər Günəş səthində müxtəlif sürətlə hərəkət edən plazma axınlarının yaratdığı burulğanların ulduzun daim dəyişən maqnit sahəsi ilə əlaqəli olduğunu müəyyən ediblər.
Tədqiqatçılar bildiriblər ki, bu cür plazma burulğanları Yerin elektrik şəbəkələrinə, rabitə sistemlərinə və peyklərə təsir göstərə bilən kosmik hava hadisələrinə səbəb olan güclü enerji partlayışlarının yaranmasında mühüm rol oynayır.
Araşdırmanın nəticələri nüfuzlu Nature elmi jurnalında dərc olunub.
Aytən Yaşar/ Turkustan.az