Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi


Böyük Britaniya Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəklədiyi bildirilən fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib.

Turkustan.az xəbər verir ki, yeni məhdudiyyətlər əsasən LNG tankerlərini, bankları və sənaye şirkətlərini əhatə edir.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, sanksiyalar siyahısına ümumilikdə 19 fiziki və hüquqi şəxs daxil edilib.

Siyahıda yer alan yeganə fiziki şəxs Rusiya vətəndaşı, ölkə hökuməti üçün strateji əhəmiyyət daşıyan kimya sənayesində fəaliyyət göstərən Siltron şirkətinin sahibi Aleksandr Jdanovdur.

Sanksiyalara məruz qalan şirkətlər sırasında Severny Engineering, Metallkomplekt, Nikom, Promsiz, Technolux, eləcə də Hindistanın FRION SHIP MANAGEMENT gəmiçilik şirkəti də yer alıb.

Böyük Britaniya hökuməti bildirib ki, yeni sanksiyalar Rusiyanın müharibə imkanlarını zəiflətmək və sanksiyalardan yayınma cəhdlərinin qarşısını almaq məqsədi daşıyır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ