Ukraynanın Kramatorsk şəhərinə Rusiya ordusunun zərbələri nəticəsində burada yaşayan azərbaycanlılar zərər çəkiblər.
Turkustan.az Report-a istinadən xəbər verir ki, Donetsk vilayətində Ukraynanın nəzarətində qalan bu şəhərdə zərər çəkənlərdən biri Kramatorskda Azərbaycan diasporunun rəhbəri Mübariz Rüstəmovdur.
Ona məxsus 500 kvadratmetrlik ticarət obyekti, obyektə məxsus avtomobillər raket və dron zərbələrindən tamamilə məhv olub.
Aviazərbələr nəticəsində bu şəhərdə yaşayan digər azərbaycanlı, 1960-cı il təvəllüdlü Niyyətulla İsmayılovun evi ciddi zərər görüb, özü isə yaralanıb. Zərbələr nəticəsində avtomobili də sıradan çıxıb.
Kramatorskda yaşayan Həsən Məmmədovun yaşadığı ev də dron zərbələri nəticəsində zərər görüb.
Qeyd edək ki, Kramatorsk şəhəri daimi atəş altındadır.