Gözlədiyi xəbər gəldi: Netanyahu bu günü qəsdən seçdi


İsrail İrana qarşı "qabaqlayıcı zərbə" endirdiyini açıqladı İranın paytaxtı Tehranda bir sıra partlayışlar baş verdi.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp da İrana qarşı genişmiqyaslı hücuma keçdiklərini bildirdi.

Hücumlardan sonra İran lideri Ayətullah Əli Xameneinin Tehranda olmadığı və təhlükəsiz bir yerə köçdüyü açıqlandı. İsrail hücumlarının hədəflərinin Xameneinin ofisi, prezident ofisi və kəşfiyyat binaları olduğu iddia edildi.

İran hücumlardan sonra cavab addımları atıb. Bölgədə hərbi fəaliyyət artır və hadisələr beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilir.

İsrailin hücumunun vaxtı da diqqət çəkdi. Həmin axşam hökumət əleyhinə genişmiqyaslı nümayiş planlaşdırılırdı. Lakin əməliyyat başladıqdan sonra etiraz qrupları nümayişlərini ləğv etdiklərini elan etdilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ