Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin İranın münaqişənin mümkün həlli ilə bağlı mövqeyini ABŞ Prezidenti Donald Trampa çatdırıb.
Turkustan.az xəbər verir ki, Peskov Putinin Trampla dünən baş tutan telefon danışığının təfərrüatlarını jurnalistlərlə bölüşüb.
Kremlin sözçüsünün sözlərinə görə, Putin Türkmənistanda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Zirvə Görüşü çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla iki dəfə görüşüb. Görüşlərdən birində Putin Pezeşkianı Trampla planlaşdırılan telefon danışığı barədə məlumatlandırıb.
Peskov bildirib: “İran prezidentinin təsdiqi ilə Putin Trampa İran tərəfinin münaqişənin mümkün həlli ilə bağlı fikrini çatdırıb”.
Aytən Yaşar / Turkustan.az