Mitsotakis Türkiyəyə F-35 satışına görə müxalifəti hədəf aldı


Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ABŞ-ın Türkiyəyə F-35 qırıcı təyyarələri satması ehtimalı ilə bağlı müxalifətin narahatlıqlarını tənqid edib. Müxalifət isə baş nazirin açıqlamalarına qarşı çıxaraq Türkiyənin F-35 proqramı ilə bağlı prosesin tarixinə diqqət çəkib.

Turkustan.az xəbər verir ki, Mitsotakis Türkiyənin ABŞ-dan F-35 qırıcıları ala biləcəyi ilə bağlı keçmiş baş nazir Aleksis Çiprasın narahatlıqlarını əsassız hesab edib.

Türkiyənin hazırda F-35 proqramında iştirak etmədiyini bildirən Mitsotakis müxalifətin mövqeyini tənqid edib. O, müxalifətin ABŞ Prezidenti Donald Trampdan Türkiyəyə qırıcı təyyarələrin satılıb-satılmayacağı barədə soruşa biləcəyini deyib.

Mitsotakis, həmçinin Yunanıstanın F-35 proqramına rəsmi şəkildə qoşulduğunu və qırıcı təyyarələrin ölkəyə 2029–2030-cu illərdə çatdırılmasının planlaşdırıldığını bildirib.

Yunanıstan mətbuatının məlumatına görə, Mitsotakis Çiprasın baş nazir olduğu dövrdə Türkiyənin F-35 sifarişləri ilə bağlı heç bir etiraz bildirmədiyini də iddia edib.

Aytən Yaşar / Turkustan.az


MANŞET XƏBƏRLƏRİ