Zaporojyedə Rusiya zərbəsi: Ölənlərin sayı 17-yə çatdı


Ukraynanın Zaporojye şəhərinə Rusiyanın endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 17-yə çatıb.

Turkustan.az xəbər verir ki, həlak olanlardan üçü uşaqdır. Hücum nəticəsində ikisi uşaq olmaqla 18 nəfər də yaralanıb.

Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti “Facebook” səhifəsində məlumat yayıb.

Qurumun açıqlamasında bildirilir ki, axtarış-xilasetmə əməliyyatı davam edir. Hadisə ilə bağlı məlumatlar dəqiqləşdirildikcə yenilənəcək.

Aytən Yaşar / Turkustan.az


MANŞET XƏBƏRLƏRİ