ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib.
Turkustan.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, qərar Trampın dəstəklədiyi namizədin Nobel Sülh Mükafatına layiq görülməsi ilə əlaqələndirilib. Məlumatda mükafatın Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş hakimi Navi Pillaya verildiyi qeyd olunur.
ABŞ dövlət katibi Marko Rubio sosial şəbəkədəki paylaşımında sanksiyaları müdafiə edərək bildirib ki, Prezident Donald Tramp ABŞ vətəndaşlarının Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə olunmasına heç vaxt icazə verməyəcək.
“ABŞ buna görə də sanksiyalar tətbiq edir. Ya onlar Beynəlxalq Cinayət Məhkəməsinə qarşı təhdidlərinə son qoyacaqlar, ya da biz Beynəlxalq Cinayət Məhkəməsini ləğv edəcəyik. Əgər bunu etməsələr, ABŞ amerikalılar artıq təhlükə altında qalmayana qədər məhkəməni addım-addım dağıtmağa davam edəcək və onun bütün resurslarını kəsəcək”, – deyə, Rubio bildirib.
Dövlət katibi əlavə edib ki, sanksiyaların məqsədi Beynəlxalq Cinayət Məhkəməsinə və üzv dövlətlərə Vaşinqtonun narahatlıqlarını aradan qaldırmaq imkanı verməkdir. Onun sözlərinə görə, ABŞ-ın tələbləri yerinə yetirilmədiyi təqdirdə sanksiyalara yenidən baxılacaq.
Aytən Yaşar / Turkustan.az