Cənubi Koreyanın Daequ şəhərində binanın tavanının uçması nəticəsində 38 nəfər xəsarət alıb.
Turkustan.az xəbər verir ki,Cənubi Koreyanın Daequ şəhərində satış tədbiri zamanı dördmərtəbəli binanın ikinci mərtəbəsində tavan çöküb .
Hadisə nəticəsində otuz səkkiz nəfər yaralanıb, onlardan doqquzu xəstəxanaya aparılıb. Bina boşaldılıb və hadisə ilə bağlı araşdırma başlanılıb.
Aytən Yaşar/ Turkustan.az