ABŞ prezidenti Donald Trampın noyabr ayında keçiriləcək aralıq seçkilər ərəfəsində yanacağın qiymətlərini aşağı salmaq məqsədilə Rusiyadan 300 min ton dizel yanacağı almaq barədə razılıq əldə etdiyi bildirilir. Bu qərar Ukrayna və Avropada ciddi narazılığa səbəb olub.
Turkustan.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ-dakı demokratlar Trampın bu addımını sərt tənqid ediblər. Zelenski qərara münasibət bildirərkən deyib: “Trampın bu addımı Rusiyanın bizə qarşı apardığı müharibəyə sərmayə qoymaq deməkdir. Bu, dəhşətli və ədalətsiz qərardır”.
Trampın Rusiyadan dizel yanacağı almaq barədə açıqlaması ABŞ-ın Ukraynaya dəstək siyasəti və Qərbin Kremlə qarşı təzyiqləri fonunda yeni mübahisələrə yol açıb.
ABŞ prezidenti Rusiya ilə gözlənilməz yanacaq razılaşması əldə etməklə Ukrayna Prezidenti Volodimir Zelenski və onun Avropalı müttəfiqləri ilə münasibətlərdə yeni gərginlik yaradıb. Bu addım Qərbin Rusiyanı Ukraynaya qarşı dörd il yarımdır davam edən müharibəni dayandırmağa məcbur etmək üçün göstərdiyi səylər fonunda diqqət çəkir.
Zelenski Trampın Rusiya Prezidenti Vladimir Putinlə əldə etdiyi razılaşma barədə açıqlamasına sərt reaksiya verərək, qərarı “tamamilə dəhşətli”, “ədalətsiz və vicdansız” adlandırıb.
Trampın qərarı təkcə demokratların deyil, Respublikaçılar Partiyasının bəzi nümayəndələrinin də tənqidinə səbəb olub.
Aytən Yaşar / Turkustan.az