Zelenskidən Trampa etiraz: “Bu, açıq-aşkar zəiflikdir”


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiya arasında dizel yanacağının tədarükü ilə bağlı əldə olunduğu bildirilən razılaşmaya sərt reaksiya verib.

Turkustan.az xəbər verir ki, Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını “açıq-aşkar zəiflik əlaməti” adlandırıb. ABŞ Prezidenti Donald Tramp isə Zelenskinin tənqidinə bir sözlə cavab verib.

Jurnalistlər Trampdan Zelenskinin Rusiya ilə əldə olunan razılaşmaya dair tənqidlərinə münasibətini soruşublar. Ukrayna Prezidentinin fikirləri barədə nə düşündüyü sualına Tramp qısa şəkildə “Yaxşı” cavabını verib. O, həmçinin Ukraynanın ABŞ-ın güclü tərəfdaşı olduğunu bildirib.

Tramp Rusiya ilə dizel yanacağının tədarükü barədə razılıq əldə etdiklərini açıqlayıb və Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib.

Zelenski Moskva ilə bu cür razılaşmaların və Rusiyaya qarşı sanksiyaların yumşaldılması ehtimalının qəbuledilməz olduğunu bildirib.

Bu arada Kreml Tramp və Putin arasında təxminən 1,5 saat davam edən telefon danışığının təfərrüatlarını açıqlayıb.

Aytən Yaşar / Turkustan.az


MANŞET XƏBƏRLƏRİ