200 milyon dollarlıq iddia: İran Livanda təsirini necə qoruyur?


Livanda Hizbullahın maliyyə resursları ətrafında müzakirələr artıq yalnız İrandan gələn vəsaitin həcmi ilə məhdudlaşmır. Məsələ həm də ölkənin iqtisadi və siyasi suverenliyinə kimin nəzarət edəcəyi ilə bağlıdır.

Turkustan.az xəbər verir ki, Vaşinqton Tehranın məcburi köçkün ailələrinin ehtiyaclarını qarşılamaq məqsədilə Hizbullaha 200 milyon dollar köçürdüyü barədə iddiaları rədd etsə də, məsələnin diplomatik əhəmiyyəti bu rəqəmdən daha genişdir.

İranın İsraillə münaqişələr və ağır iqtisadi sanksiyalar fonunda Livandakı təsirini qorumağa çalışması regional güc balansı baxımından strateji addım kimi qiymətləndirilə bilər. Bununla belə, əsas sual İranın öz iqtisadiyyatı ciddi problemlərlə üzləşdiyi halda Livandakı müttəfiqinin sosial və siyasi mövqelərini qorumaq üçün nə qədər resurs ayıra biləcəyidir.

Vaşinqton üçün məsələ təkcə Hizbullahın silahlı potensialının məhdudlaşdırılması ilə bitmir. ABŞ-ın yanaşmasında təşkilatın Livan cəmiyyətindəki iqtisadi və sosial təsir imkanlarının daraldılması da mühüm yer tutur.

Bu baxımdan, Beyrutda müzakirə olunan 200 milyon dollarlıq iddia İran və ABŞ arasında Livanın gələcək siyasi quruluşu və ölkədə təsir imkanları uğrunda gedən daha geniş mübarizənin bir hissəsi kimi diqqət çəkir.

Aytən Yaşar / Turkustan.az


MANŞET XƏBƏRLƏRİ