Almaniyadan Moskvaya mesaj: Sanksiyalar qüvvədə qalır


ABŞ Prezidenti Donald Tramp administrasiyasının Rusiya yanacağına tətbiq edilən sanksiyaları müvəqqəti yumşaltmaq qərarına baxmayaraq, Almaniya Moskvaya qarşı məhdudiyyətlərə riayət etməyə və Avropa tərəfdaşları ilə yeni sanksiyalar üzərində işləməyə davam edəcək.

Turkustan.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Stefan Kornelius şənbə günü açıqlama verib.

Kornelius bildirib ki, Almaniya hökuməti ABŞ-ın Rusiya dizel yanacağının tədarükü ilə bağlı qərarını nəzərə alıb. Bununla belə, Berlinin Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyi dəyişməz olaraq qalır.

Hökumət sözçüsü vurğulayıb ki, Almaniya mövcud sanksiyalara riayət etməyi davam etdirəcək və Avropa tərəfdaşları ilə birlikdə Rusiyaya qarşı əlavə məhdudiyyətlərin tətbiqi istiqamətində iş aparacaq.

Aytən Yaşar / Turkustan.az


MANŞET XƏBƏRLƏRİ