Şimali Kiprdən İsrail və Yunanıstana xəbərdarlıq: Təhlükə artır


Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri və Milli Birlik Partiyasının (UBP) lideri Ünal Üstel İsrailin, Yunanıstanın da dəstəyi ilə, ŞKTR ərazisindəki Türkiyə hərbi hədəflərinə mümkün hücum ssenarilərinin təhlükəli həddə çatdığını bildirib.

Turkustan.az xəbər verir ki, Üstel Şərqi Aralıq dənizində baş verən hərbi hadisələr və İsrail ilə Yunanıstanın ŞKTR-yə qarşı mümkün addımları barədə danışıb.

Kiprin kritik və təhlükəli dövrdən keçdiyini vurğulayan Üstel Kipr türk xalqını birliyə, ŞKTR-ni və Türkiyəni qorumağa çağırıb.

O, çıxışında deyib: “Dövlətimizi, təhlükəsizliyimizi və gələcəyimizi yunanlarla birləşməyi öz məqsədləri elan edənlərə təslim etməməliyik”.

Aytən Yaşar / Turkustan.az


MANŞET XƏBƏRLƏRİ