Kiyevdə çadırlar qurulur
Kiyevdə elektrik enerjisinin fasiləsiz kəsilməsi fonunda sakinlər üçün çadır formatında ilk müvəqqəti kömək məntəqələri quraşdırılmağa başlanıb.
Turkustan.az xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, ilk çadır "Məğlubedilməzlik məntəqələri" (Пункт незламності) artıq paytaxtın Obolonsk, Qoloseyevsk və Podolsk rayonlarında fəaliyyətə başlayıb.
Bildirilir ki, bu məntəqələrdə sakinlər mobil cihazlarını və qadjetlərini cərəyana qoşaraq enerji toplaya, eləcə də pulsuz Wi-Fi xidmətindən istifadə edə bilərlər./Musavat.com

