İsrail Yunanıstanın 2036-cı il planını açıqladı


İsrail mediası Yunanıstanın 2036-cı ilə qədər müdafiə sahəsinə təxminən 28 milyard avro ayırmağı planlaşdırdığını yazıb. Afinanın ABŞ ilə 4 milyard dollara qədər dəyərində silah müqaviləsi imzalaması isə Türkiyə ilə münasibətlər kontekstində diqqət çəkib.

Turkustan.az xəbər verir ki, Təl-Əvivdə nəşr olunan “Maariv” qəzeti Yunanıstanın müdafiə xərclərini artırmaq planını və ABŞ ilə imzaladığı silah müqaviləsini təhlil edib. Nəşr bu addımı “Ankaraya 4 milyard dollarlıq mesaj” kimi qiymətləndirib.

Qəzetin “Yunanıstan pul kisəsini açır” başlıqlı məqaləsində qeyd olunub ki, Afina müdafiə qabiliyyətini gücləndirmək məqsədilə ABŞ ilə 4 milyard dollara çatan silah sazişi imzalayıb.

Müqaviləyə F-16 qırıcı təyyarələrinin modernləşdirilməsi, həmçinin qabaqcıl raket və bombaların alınması daxildir.

Aytən Yaşar / Turkustan.az


MANŞET XƏBƏRLƏRİ