Tramp: 8 Nobel Sülh Mükafatı almalı idim


ABŞ prezidenti Donald Tramp səkkiz münaqişəyə son qoyduğunu iddia edərək, bu səylərinə görə səkkiz Nobel Sülh Mükafatına layiq görülməli olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, NBC News-un məlumatına görə, Tramp bu barədə Nyu-Yorkda Respublikaçılara dəstək məqsədilə təşkil edilən mitinqdə danışıb.

Tramp bu il Nobel Sülh Mükafatının ona verilməməsi qərarını tənqid edərək, bunun “Norveçdə silinməz iz buraxdığını” deyib.

ABŞ prezidenti səkkiz münaqişəyə son qoyduğunu vurğulayaraq, bu səylərinə görə səkkiz Nobel Sülh Mükafatı almalı olduğunu iddia edib.

Tramp builki mükafatın qalibinin Afrika və Asiyadakı münaqişələrin sona çatdırılması və ya qarşısının alınması istiqamətindəki səylərini, eləcə də “tarixdə hər kəsdən daha çox insanın həyatını xilas etdiyi” barədə iddiaları xatırladıb. Bununla belə, o, laureat haqqında danışarkən istehzalı ifadələr işlədib:

“Mən çox insan tanıyıram. Bu insan haqqında heç vaxt eşitməmişəm, amma hər halda təbrik edirəm”.

Aytən Yaşar / Turkustan.az


MANŞET XƏBƏRLƏRİ