Ər-Riyad hava limanında güclü partlayış baş verib


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı hava limanında güclü partlayış səsi eşidilib. Hadisə ilə bağlı hakimiyyət orqanları hələlik rəsmi açıqlama verməyib.

Turkustan.az xəbər verir ki, Səudiyyə Ərəbistanı son dövrlərdə Yəməndəki Husi qüvvələrinin hücumları ilə üzləşir.

Məlumata görə, dünən Səudiyyə Ərəbistanının cənubunda yerləşən Əbha Beynəlxalq Hava Limanı və paytaxtdakı Kral Xalid Beynəlxalq Hava Limanı Husi üsyançılarının hədəfinə çevrilib.

Ər-Riyad hava limanında eşidilən partlayış səsinin səbəbi və mümkün nəticələri barədə hələlik ətraflı məlumat yoxdur.

Aytən Yaşar / Turkustan.az


MANŞET XƏBƏRLƏRİ