Fələstində prezident və parlament seçkilərinin tarixi açıqladı


Fələstin Prezidenti Mahmud Abbas prezident və parlament seçkilərinin 11 sentyabr 2027-ci ildə eyni vaxtda keçirilməsi barədə fərman imzalayıb.

Turkustan.az xəbər verir ki, qərara əsasən, 28 noyabr 2026-cı il tarixinə təyin edilmiş qanunvericilik seçkiləri ilə bağlı əvvəlki fərman ləğv edilib.

Yeni fərman Qüds, Qərb Sahili və Qəzza zolağında yaşayan fələstinliləri Fələstin Prezidentini və Qanunvericilik Şurasının üzvlərini seçmək üçün azad və birbaşa səsvermədə iştirak etməyə çağırır.

Bildirilib ki, qərar Fələstinin siyasi qrupları və qüvvələri ilə aparılan milli məsləhətləşmələrin nəticəsi olaraq qəbul edilib.

Məlumata görə, İsrailin hərəkətləri əvvəlki seçki təqviminin həyata keçirilməsinə mane olub. Azad, ədalətli və inklüziv seçkilərin keçirilməsi üçün müvafiq siyasi, təhlükəsizlik və sahə şəraitinin yaradılmasının zəruri olduğu vurğulanıb.

Aytən Yaşar / Turkustan.az


MANŞET XƏBƏRLƏRİ