İran nüvə proqramını dayandırmaqdan imtina etdi


Tehran öz suveren işi olan nüvə proqramından imtina etməyəcək.

Turkustan.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı CBS telekanalının efirində bildirib.

"Zənginləşdirmə bizim hüququmuzdur, zənginləşdirmə də daxil olmaqla, dinc məqsədli nüvə enerjisindən istifadə etmək üçün tam hüququmuz var. Bu hüquqdan necə istifadə etməyimiz isə yalnız bizə aiddir", — deyə iranlı diplomat vurğulayıb.

Əraqçının sözlərinə görə, İranın dinc nüvə proqramının mövcudluğu məsələsinin həlli "yalnız diplomatik ola bilər".

"Biz bunu keçmişdə sübut etmişik və qarşılıqlı faydalı diplomatik həll üçün yaxşı şans var", - deyə o əlavə edib.

Bundan əvvəl "Bild" qəzeti ABŞ-ın fevralın 23-ü və ya 24-də İrana hərbi zərbə endirə biləcəyi ehtimalını irəli sürmüşdü./publika.az


MANŞET XƏBƏRLƏRİ