İDDİA: ABŞ-da qeyri-qanuni yaşayanlar gündəlik 1000 dollar cərimə ödəyəcək


ABŞ-da Donald Tramp administrasiyasının ölkədə qeyri-qanuni yollarla olan şəxslərə gündəlik 1000 dollar cərimə tətbiq etməyə hazırlaşdığı iddia edilib.

Turkustan.az xəbər verir ki, ABC News direktivin mətnini əldə edib və ABŞ Federal Reyestr tərəfindən dərc olunacaq.

Məlumata görə, sözügedən mətndə ABŞ-a hər qeyri-qanuni giriş üçün 100 dollardan 500 dollara qədər, hakimin könüllü deportasiya qərarına əməl etməyənlər üçün təqribən 10 min dollara qədər, son deportasiya qərarına əməl etməyənlər üçün isə gündə 1000 dollara qədər cərimə nəzərdə tutulduğu iddia edilir.

Hazırda hökumətin ABŞ-da qeyri-qanuni olan şəxslərə cərimə tətbiq etməzdən 30 gün əvvəl xəbərdarlıqlar göndərdiyi və direktiv dərc olunarsa, bu müddətdən asılı olmayaraq dərhal cərimənin tətbiq oluna biləcəyi bildirilib.

"ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) hesab edir ki, ölkədən çıxmamaq və qeyri-qanuni giriş üçün cəzaların xarakteri daha sadələşdirilmiş prosedurlara ehtiyacı dəstəkləyir", - təklif olunan təlimatda deyilir.

Digər tərəfdən, qüvvəyə mindiyi iddia edilən bu cəzanın ABŞ-a qeyri-qanuni yollarla daxil olanlara, ölkədə qeyri-qanuni olanlara, hakimin könüllü deportasiya qərarına əməl etməyənlərə və son deportasiya qərarlarına məhəl qoymayanlara şamil ediləcəyi iddia edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ