"Sabah" TNS-ə qalib gəldi


"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb.

Turkustan.az məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda Uelsdə TNS komandası ilə üz-üzə gəlib.

Qarşılaşma "bayquşlar"ın qələbəsi ilə yekunlaşıb - 2:1. 28-ci dəqiqədə Coy-Lens Mikels, 42-ci dəqiqədə Rəhman Daşdəmirov fərqlənib. Rəqibin heyətində 89-cu dəqiqədə Coş Lok təsəlli qolunun müəllifi olub.

Beləliklə, Bakıdakı görüşdə rəqibini iki cavabsız qolla üstələyən "Sabah" II təsnifat mərhələsinə vəsiqə qazanıb. Ölkə çempionu bu raundda "Kups"la (Finlandiya) münasibətlərə aydınlıq gətirəcək.

***22:40

Uelsdə yerli TNS və "Sabah" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesabda öndədir - 2:0.

28-ci dəqiqədə Coy-Lens Mikels, 42-ci dəqiqədə Rəhman Daşdəmirov fərqlənib.

***22:15

"Sabah" Uelsdə TNS komandasına qarşı keçirdiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesabı açıb.

Bakıvaxtı.az-ın məlumatına görə, matçda ilk qolu Coy-Lens Mikels vurub.

Hücumçu 28-ci dəqiqədə meydan sahiblərini məyus edib.

21:30

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin TNS (Uels) - "Sabah" oyunu start götürüb.

Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma "Park Holl" stadionunda keçirilir.

Matçın baş hakimi ispaniyalı Mateo Buskets Ferrerdir.

Bu cütün qalibi növbəti mərhələdə "Vardar" (Şimali Makedoniya) – "Kups" (Finlandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Xatırladaq ki, tərəflər arasında Bakıda keçirilən ilk görüşdə "Sabah" 2:0 hesablı qələbə qazanıb. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ