ABŞ Prezidenti Donald Tramp Konqresi İrana qarşı yeni hərbi əməliyyatın başlanması barədə rəsmi şəkildə məlumatlandırıb.
Turkustan.az xəbər verir ki, bu addım administrasiyaya qanunvericilərin ayrıca təsdiqi olmadan daha 60 gün hərbi gücdən istifadə etmək imkanı yaradır.
"Ukrinform"un xəbərinə görə, bu barədə Trampın iyulun 10-da Konqresə ünvanladığı və "Politico"nun əldə etdiyi məktubda bildirilir.
Məktubda Tramp qeyd edib ki, iyulun 7-də başlayan əməliyyatlar "ABŞ vətəndaşlarını və ölkənin maraqlarını həm ölkə daxilində, həm də xaricdə qorumaq üzrə konstitusion səlahiyyətləri çərçivəsində həyata keçirilir".
Məktub prezidentin İranla qüvvədə olan iki aylıq atəşkəsin başa çatdığını rəsmən elan etməsindən sonra Konqresə təqdim olunub.
Xatırladaq ki, Tramp mayın əvvəlində Konqresə fevral ayında başlayan münaqişənin başa çatdığını bildirmişdi. Bu qərar Müharibə Səlahiyyətləri Qanununda nəzərdə tutulan 60 günlük müddətin hesablanmasını dayandırmışdı. Yeni bildiriş isə administrasiyaya həmin qanun çərçivəsində hərbi əməliyyatları daha 60 gün davam etdirmək imkanı verir.
Aytən Yaşar/ Turkustan.az