İsrail orduya hərbi hazırlıq əmri verdi


İsrailin müdafiə naziri Yisrael Katz bildirib ki, İsrail ordusuna İrana qarşı mümkün yeni birtərəfli hərbi əməliyyatlara hazırlaşmaq barədə göstəriş verilib.

Turkustan.az xəbər verir ki, Katz bu barədə israilli akademik və siyasi şərhçi Dr. Gadi Taubun aparıcılığı ilə yayımlanan "Gatekeeper" podkastında çıxışı zamanı danışıb. O, müsahibədə İran, Livanın cənubu və Qəzza zolağındakı vəziyyətlə bağlı İsrailin mövqeyini açıqlayıb.

Nazirin sözlərinə görə, o və Baş nazir Benyamin Netanyahu ordunu İrana qarşı zərurət yaranacağı təqdirdə müstəqil hərbi əməliyyatlar keçirməyə hazır olmağa tapşırıblar.

Katz həmçinin iddia edib ki, Tehran ABŞ və İsrailin hücumları nəticəsində zərər görmüş nüvə obyektlərinin bərpasına hələ başlamayıb.

"Əvvəlcə onlar bu obyektləri bərpa etmək barədə qərar verməlidirlər və indiyədək belə bir qərar qəbul etməyiblər", – deyə İsrailin müdafiə naziri bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ