Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri Rusiyanın iştirakı olmadan formalaşdırıla bilməz.
Turkustan.az xəbər verir ki, o, Avropa ölkələrinin bu mövqedə israr edəcəyi təqdirdə, Ukrayna böhranının həlli prosesində iştirak imkanlarının azalacağını söyləyib.
Peskov Moskvada keçirdiyi brifinqdə Almaniya kansleri Fridrix Mertsin "Ukrayna üçün təhlükəsizlik zəmanəti mexanizmlərinin hazırlanması prosesində Rusiyaya ehtiyac yoxdur" fikrinə münasibət bildirib.
Kremlin sözçüsü Avropa tərəfinin yanaşmasını tənqid edərək, bunun "çıxılmaz vəziyyətə aparan mövqe" olduğunu deyib.
"Rusiya olmadan təhlükəsizlik zəmanətləri formalaşdırmaq mümkün deyil. Əgər avropalılar buna israr etsələr, Avropa ölkələrinin Ukrayna böhranının həlli prosesində iştirak etməsi ehtimalı yoxdur", – deyə, Peskov vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az