Baş nazirin qardaşı məhkəmə qərarı ilə vəzifədən uzaqlaşdırıldı


İspaniya Baş naziri Pedro Sançezin qardaşı David Sançez nüfuzundan sui-istifadə və inzibati pozuntularla bağlı iş üzrə doqquz il müddətinə dövlət vəzifələrində çalışmaq hüququndan məhrum edilib.

Turkustan.az xəbər verir ki, Badajoz Vilayət Məhkəməsi David Sançezin Badajoz Vilayət Şurasında "Konservatoriya fəaliyyətinin koordinatoru" vəzifəsinə təyin olunarkən vəzifəsindən qanunsuz şəkildə faydalandığı qənaətinə gəlib və ona doqquz il müddətinə dövlət vəzifəsi tutma qadağası tətbiq edib.

Məhkəmə eyni zamanda David Sançezi üç il həbs cəzası tələbi üzrə bəraətə layiq görüb. Onun qərardan apellyasiya şikayəti vermək hüququ var.

Eyni iş üzrə mühakimə olunan Ekstremadura Muxtar Bölgəsindəki İspaniya Sosialist Fəhlə Partiyasının (PSOE) keçmiş lideri Migel Anxel Qallardo da 18 il müddətinə dövlət vəzifələrində işləmək hüququndan məhrum edilib.

Sançezin qardaşı dövlət vəzifələrindən kənarlaşdırılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ