Dünyada Ebola xəbərdarlığı: Ölkələr səyahət məhdudiyyətlərini sərtləşdirir


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Konqo Demokratik Respublikasında (KDR) Ebola epidemiyasını "Beynəlxalq Əhəmiyyətli İctimai Səhiyyə Fövqəladə Halı" elan etməsindən sonra bir sıra ölkələr qabaqlayıcı tədbirlər görməyə başlayıb.

Turkustan.az xəbər verir ki, ÜST mayın 17-də qəbul etdiyi qərarda virusun qonşu ölkələrə yayılma riskinin yüksək olduğunu bildirib. Bundan sonra qlobal miqyasda epidemiya ilə bağlı xəbərdarlıq səviyyəsi artırılıb.

ABŞ və Kanada sərt səyahət məhdudiyyətləri və karantin tədbirləri tətbiq etdiklərini açıqlayıblar. Avropa Birliyi isə hələlik belə məhdudiyyətlərin tətbiqinə ehtiyatla yanaşaraq sərhəd məhdudiyyətlərinə qarşı mövqeyini qoruyur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ