Tramp yeni açıqlama verdi! O, Hörmüz boğazı ilə bağlı qərarını dəyişdi


ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından keçən bütün gəmilərdən 20 faiz tranzit rüsumu alınması planından imtina etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Tramp bildirib ki, Hörmüz boğazı beynəlxalq gəmiçilik üçün açıq qalacaq, lakin İranla əlaqəli gəmilərə qarşı tam blokada tətbiq ediləcək.

"Biz İrana tam blokada tətbiq edəcəyik. Bu tədbir yalnız İran limanlarına gedən və ya oradan çıxan gəmilərə, eləcə də İran yükü daşıyan və ya onunla əlaqəli yükləri daşıyan gəmilərə şamil olunacaq", – deyə, Tramp sosial media hesabında yazıb.

ABŞ prezidenti əlavə edib ki, 20 faizlik tranzit rüsumu ideyasından imtina edərək bunun əvəzində Körfəz ölkələri ilə ticarət və investisiya əməkdaşlığını genişləndirmək qərarı verib.

"Mən 20 faizlik ABŞ geri ödəmə rüsumunu Körfəz ölkələri ilə ABŞ arasında bağlanacaq ticarət və investisiya sazişləri ilə əvəz etmək qərarına gəldim", – deyə Tramp bildirib.

Onun sözlərinə görə, yeni investisiyalar ABŞ iqtisadiyyatına əlavə təkan verəcək, ölkəyə daha çox fabrik, istehsal müəssisəsi və avadanlıq cəlb olunacaq, nəticədə milyonlarla yüksək maaşlı yeni iş yeri yaradılacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ