FİFA və Argentina Futbol Assosiasiyasına qarşı ŞOK İTTİHAMLAR - Mükafat pulları hara köçürülüb?


Fransalı jurnalist Romen Molina Beynəlxalq Futbol Federasiyası (FİFA) və Argentina Futbol Assosiasiyasına (AFA) qarşı bir sıra ittihamlar irəli sürüb.

Turkustan.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “The Touchline” X sosial şəbəkəsində məlumat yayıb.

Molinadan alınan məlumata görə, FİFA beş idmançı tərəfindən cinsi zorakılıqda ittiham olunan Argentina qadın gənclər komandasının keçmiş məşqçisi Dieqo Quaçiyə qarşı aparılan istintaqı dayandırıb. İşin bağlanmasına səbəb kimi sübutların çatışmazlığı göstərilir.

Jurnalist öz araşdırmasında iddia edir ki, Argentina yığmasının 2022-ci ildə dünya çempionatındakı qələbəsinə görə almalı olduğu mükafat pulları AFA-ya deyil, hazırda fırıldaqçılıq və çirkli pulların yuyulması ittihamı ilə FTB tərəfindən istintaq olunan “Mayami” şirkətinə köçürülüb.

Molina, həmçinin qeyd edir ki, FİFA-nın yüksək vəzifəli məmurları Cənubi Amerika futbolunun liderləri ilə sıx əlaqələrə malikdirlər ki, bu da Cənubi Amerika Futbol Konfederasiyasının təsirinin artmasına gətirib çıxarır.

Argentina 2026-cı il dünya çempionatında mübarizəni davam etdirir. Komanda 1/4 finalda iyulun 12-də, saat 05:00-da İsveçrə milli komandası ilə qarşılaşacaq.


MANŞET XƏBƏRLƏRİ