ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının yarımfinal mərhələsinin cütləri müəyyənləşib.
Turkustan.az xəbər verir ki, bu raundda üz-üzə gələcək bütün komandaların adlarına 1/4 finalın son oyunundan sonra aydınlıq gəlib.
Bu mərhələdə aşağıdakı qarşılaşmalar keçiriləcək:
14 iyul
23:00. Fransa – İspaniya
15 iyul
23:00. İngiltərə – Argentina
Qeyd edək ki, mundialın üçüncü yer uğrunda oyunu və final qarşılaşması iyulun 19-da keçiriləcək. /modern.az/