Füzulidə yanğın: minalar partladı...


Füzuli rayonundakı yanğınlar zamanı mina partlayışları baş verib.

Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, rayonun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndləri istiqamətində qeydə alınan yanğınlar zamanı ərazidə mövcud olan minalar partlayıb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əraziyə cəlb olunan qüvvələr tərəfindən yanğının genişlənməsinin qarşısının alınması və tam söndürülməsi üçün əməliyyatlar aparılır.


MANŞET XƏBƏRLƏRİ