Avropanı bürüyən güclü isti hava dalğası Fransa, Belçika, Almaniya, Niderland, İspaniya və Böyük Britaniyada minlərlə insanın həyatına son qoyub.
Turkustan.az xəbər verir ki, mütəxəssislər qeyri-adi yüksək temperaturun iqlim böhranının nəticəsi olduğunu və xüsusilə 65 yaşdan yuxarı insanlar üçün ciddi risk yaratdığını bildirirlər.
Məlumata görə, isti hava dalğası nəticəsində Almaniyada təxminən 6 800, Böyük Britaniyada 2 200, Fransada 2 000, Belçikada 1 740, İspaniyada 810, Niderlandda isə 480 nəfər ölüb.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəklədiyi EuroMOMO-nun məlumatına əsasən, iyunun 22-28-i tarixlərində Avropanın 27 ölkəsində 10 650-dən çox ölüm qeydə alınıb.
Mütəxəssislər ötən ay müşahidə olunan isti hava dalğasını son illərin Avropadakı ən ölümcül iqlim hadisələrindən biri kimi qiymətləndirirlər.
Aytən Yaşar/ Turkustan.az