Bloomberg: İran Hörmüz boğazından neft tankerlərini gizli keçirir


İranın son günlər ABŞ-ın hərbi əməliyyatları gücləndirməsi və liman blokadasını bərpa etməsindən əvvəl Hörmüz boğazı vasitəsilə neft tankerlərini gizli şəkildə hərəkət etdirdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, "Bloomberg"in yaydığı məlumata görə, Tehran ABŞ-ın təzyiqləri fonunda əvvəllər də istifadə etdiyi gizli neft daşınması taktikasına yenidən əl atıb.

Bloomberg-in gəmi izləmə məlumatlarına əsasən, ABŞ sanksiyalarına məruz qalan və ümumilikdə 12 milyon barel xam neft daşımaq gücünə malik altı supertanker ötən həftə transponderlərini söndürərək Hörmüz boğazından Oman körfəzinə keçib.

Məlumata görə, bu daşımalar ABŞ-ın iyulun 7-də İranın neft ixracına verdiyi müvəqqəti icazəni ləğv etməsindən sonra həyata keçirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ