Azərbaycan Ordusunun general-mayoru Etibar Məhərrəmov yeni vəzifəyə təyin olunub.
Turkustan.az bildirir ki, Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, general-mayor Etibar Məhərrəmov Müdafiə Nazirliyinin baş idarələrindən birinə yüksək posta təyinat alıb.
Qeyd edək ki, Etibar Məhərrəmov uzun illər Azərbaycan Silahlı Qüvvələrində müxtəlif rəhbər vəzifələrdə xidmət edib.
O, Vətən müharibəsində göstərdiyi xidmətlərə görə bir sıra orden və medallarla təltif olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ona general-mayor ali hərbi rütbəsi verilib.