“Lifttəmir” İstehsalat Birliyinin balansında olan istismar vaxtı keçmiş, 25 ildən artıq işləyən liftlər mərhələli şəkildə dəyişdirilir.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq “Lifttəmir” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, son illər ərzində Bakı şəhəri “Lifttəmir” İstehsalat Birliyinin balansında olan 1354 lift müasir liftlərlə əvəz olunub. Alınan liftlərə xidmət göstərilməsi və onların daimi nəzarətdə saxlanılması üçün Mərkəzi Dispetçer Xidməti sistemi qurulub.
Qeyd edilib ki, Birlik tərəfindən yalnız dövlət mənzil fonduna aid olan binalarda yerləşən liftlərə xidmət göstərilir.