Kənan Doğulu və həyat yoldaşı Bərən Saat nəzarətə alındı


İstanbul Baş Prokurorluğunun apardığı narkotik və fahişəliklə bağlı istintaq çərçivəsində şəhərdə genişmiqyaslı əməliyyat keçirilib.

Turkustan.az xəbər verir ki, Narkotik Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı barələrində həbs qərarı çıxarılan 22 nəfər saxlanılıb.

İddialara görə, saxlanılanlar arasında məşhur müğənni Kenan Doğulu və onun həyat yoldaşı, tanınmış aktrisa Beren Saat da var.

Məlumatlarda həmçinin müğənni və keçmiş model Ayşe Hatun Önal, eləcə də DJ və aranjimançı Ozan Doğulunun da saxlanılanlar arasında olduğu bildirilir.

İddialara əsasən, teatr və kino aktyoru Enis Arıkanın adı da əməliyyatla bağlı siyahıda yer alır.

Rəsmi qurumlar tərəfindən məsələ ilə bağlı hələlik ətraflı açıqlama verilməyib. Əməliyyatın ictimai sağlamlıq və təhlükəsizliyə təhdid yaradan narkotiklə əlaqəli cinayətlərlə mübarizə çərçivəsində həyata keçirildiyi bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ